"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Joxovurd” qəzetində dərc olunan məqalədə bildirilir ki, ölkənin baş naziri Nikol Paşinyan əhəmiyyətli yeniliklər etmək qərarına gəlib: "Son həftələr dövlət qurumlarında gərgin ab-hava müşahidə olunur. Müxtəlif strukturlarda irimiqyaslı yoxlamalar aparılır. Əvvəlki illərdən hesabatlar və rəsmi yazışmalar da daxil olmaqla, çoxsaylı sənədlər tələb olunur. Dosyelər toplanaraq Paşinyana şəxsən təqdim olunur”, – nəşr yazıb.
Məlumata görə, artıq bəzi məmurlara xəbərdarlıq edilib. Xüsusilə hökumətin tərkibində yüksək səlaiyyətə malik strukturların rəhbər heyətnə bununla bağlı göstəriş verilib: “Onlar sürprizlərə hazır olmalıdırlar. Nikol komanda yoldaşlarına yerli prosedurlara ciddi əməl etmələri və diqqətli olmaları barədə açıq mesaj verib. Genişmiqyaslı “təmizləmə əməliyyatı”nda hədəfin kim olacağı hələlik bəlli deyil”.
Elxan SALAHOV