"Hraparak"ın müxbiri Karen Martirosyanın bu gün paylaşdığı "Narkotik vasitələrin orduda olması barədə məlumat var" başlıqlı xəbərdə deyilir ki, artıq Ermənistanın məktəblərində, universitetlərdə Narkotik vasitələr geniş yayılıb. Stenfort universitetinin doktoru Artur Xaçinyan "Ermənistanda narkomaniya" mövzusunda keçirdiyi mətbuat xidmətindən bildirib ki, artıq orduda da narkomaniyanın baş alıb getməsi barədə faktlar mövcuddur. "Bu bir bəladır və millətimizi fəlakətə aparır. Bu bizim gəncləri məhv edəcək. İctimaiyyət bunu tam mənası ilə dərk etməlidir", - deyə o, hüquq mühafizə orqanlarını daha fəal işləməyə çağırıb.
Nəsib