Bu gün Azərbaycan dünya dövlətləri sırasında yeri olan, sözükeçən güclü bir dövlətdir və uzum illər işğalda qalan torpaqlarını düşməndən azad etməyə qadirdir. Bunu 44 günlük Vətən müharibəsində dünya dövlətləri də gördü...
Bu gün Azərbaycan demokratik ölkə olaraq hüquq və ədalət prinsipinə sığınaraq öz ərazi bütövlüyünün tam təminatına çalışır...
Bunun üçün nə terrorçu sarkisyanların, nə voskanyanların, nə koçaryanların.... süni göz yaşları ilə digərlərini aldatmağa da imkan verməyəcək...
"AzVision.az"ın məlumatına görə, Ermənistanın sabiq xarici işlər naziri Vardan Voskanyan bildirib ki, Xankəndi Azərbaycana təhvil verilir: "Açıq-aydın görünür ki, biz Qarabağın Azərbaycana təhvil verilməsinin sonuncu mərhələsinə başlayırıq. Paşinyanın istənilən görüşü bu prosesi bir qədər də irəliyə aparır”, - deyə Voskanyan vurğulayıb.
Tahirə AĞAMİRZƏ