Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 85 piyada əleyhinə mina, 18 tank əleyhinə mina, 524 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 350,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib. (APA)