Tədbirlər bir neçə istiqaməti əhatə edib. Bunlar, hədəf icmaların və benefisiar alt-hədəf qrupların yarı-struktur müsahibələr, seminarlar, müzakirələr yolu ilə ehtiyaclarının müəyyən edilməsi, icma iştirakçılığı, gender mövzusunda seminarların təşkili və hədəf icmaların dayanıqlığının təmin edilməsi, gücləndirilməsi üçün vacib olan icma əsaslı strukturların yaradılmasıdır. Seminarlar “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda keçirilmişdir. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına cəlb olunmuş dövlət qurumların nümayəndələrinin və məcburi köçkünlərin iştirakı ilə keçirilən seminarın əsas məqsədi azad edilmiş ərazilərə qayıdış prosesində vətəndaş iştirakçılığının təşkili və gücləndirilməsi ilə bağlı praktiki bilik və təcrübələrin paylaşılması olub. Dövlət Komitəsinin bu istiqamətdə tədbirləri davam etdiriləcək.