Doğma yurda qayıtmış keçmiş məcburi köçkünlərin kənd təsərrüfatı, sənaye, tikinti, iaşə xidməti, təhsil, səhiyyə və s. sahələrdə çalışması üçün yaradılan imkanlar onların dayanıqlı məskunlaşmasının və iqtisadi fəaliyyətə inteqrasiyasının mühüm şərtidir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanları haqqında, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən, məlumatlandırma, təbliğat və təşviqat məqsədilə hazırladığı videoçarxı təqdim edir.