05.08.2025, 04:00
AZ EN
11.11.2022, 07:00 598

Erməni yalanını ifşa edən həqiqətlər

QARABAĞ

“Ermənistanın baş naziri Nikol Paşinyanın yalanını foto-faktlarla ifşa etdiyimiz yazıya (https://t.me/MaidenTower/29923) “Baqramyan 26” Telegram kanalı (https://t.me/bagramyan26/42213) çılğın reaksiya verib.  Ermənistan hökumətinin başçısı bəyan edib ki, Ermənistanın “islam dininə və islam sivilizasiyasına hörməti danılmazdır”. Bu açıq-aşkar yalandır”.

Azərbaycanın rusdilli “Девичья башня” @MaidenTower  Telegram kanalı bu gün belə bir açıqlama paylaşıb. Açıqlamada deyilir: “Ermənistanın özündə ermənilərin 300-ə yaxın məscidin daşını daş üstə qoymamaqla yanaşı, Azərbaycan ərazilərinin işğalı illərində ermənilər 70-ə yaxın məscidi dağıdıblar, Ağdam məscidində isə nümayişkəranə şəkildə mal-qara - inək və donuz saxlayıblar. “Baqramyan 26” hesab edir ki, bu, heç vaxt olmayıb, Azərbaycan “uydurma və yalan tirajlamaqla” öz mövqeyini müdafiə edir. Amma elə alınıb ki, Qor Haykoviç Aleksanyan (Baqramyan 26-nın admini-red.), hər şey İnternetin yaddaşında qalır.

Əvvəlcə “Baqramyan 26” səyahət bloggeri Con Pirsin  travelblog.org saytında 31 iyul 2006-cı ildə dərc etdiyi məqaləsini oxumalıdır https://www.travelblog.org/Asia/Azerbaijan/Nagorno-Karabakh/blog-78660.html . Məqalədə Pirs Ermənistana və “Dağlıq Qarabağa” səfərindən bəhs edir. O, Ağdam məscidində gördüklərini yazır: “Ağdam 100 min nəfər əhalisi olan şəhər idi. 1994-cü ildə ermənilər onu dağıdıblar. Sökmədikləri yeganə bina indi donuzlar və inəklər üçün tövlə kimi istifadə edilən məsciddir ki, bu, şübhəsiz ki, siyasi məna daşıyır”.

Con Pirs məsciddən çəkdiyi fotoşəkilləri də məqaləsinə əlavə edir:

Donuzların şəkli: https://www.travelblog.org/Photos/480982

İnəklərin şəkli: https://www.travelblog.org/Photos/480978

Xatırladaq ki, bu qeydləri Pirs hələ 2006-cı ildə, Ağdam erməni quldur dəstələrinin tam nəzarətində olanda yazıb. Yaxşı, “Baqramyan 26”, bu fotoların saxta olduğunu bir daha “sübut edə” bilərsinizmi? Yoxsa sözünə cavabdehlik daşımaq sizdə adət deyil?

Ardınca 2018-ci ildə Ağdama səfər etmiş səyyah-blogger Pedro Motanı da xatırlayırıq.

Burada  burada (https://t.me/golosmorya/2085) onun videobloqundan bir parça (https://youtu.be/Ly6KWohvS4Q) görə bilərsiniz. Mota yazır: "Tövlədə olduğu kimi xoşagəlməz qoxu deməyə əsas verir ki, burada [məsciddə] vaxtaşırı donuz, inək saxlayırlar”.

 @MaidenTower  bu yazını oxuyan hər kəsdən xahiş edir ki, linki dostlar, tanışlar və qohumlar arasında yaysınlar. “Qoy hər hər kəs bu materialdan xəbərdar olsun, çünki düşmənimiz həyasız və şərəfsizdir. Biz isə bu düşmənə ancaq elm və həqiqətlə qalib gələ bilərik”.

“Vətən səsi”

Oxşar xəbərlər

SON XƏBƏRLƏR