Kosalar kəndi Azərbaycan Respublikasının Xocalı rayonunda kənddir. Yuxarı Qarabağda sonuncu işğal olunan bu kənd Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinin yaxınlığında yerləşir. Qarabağ silsiləsinin yamacında olan kəndi məlumata görə Zəngəzur qəzasının Kosalar (Ağoğlan) kəndindən gəlmiş ailələr salmışlar. Ötən əsrdə Krım vilayətində Kosalar və Kosa Eli adlı yaşayış məntəqələri qeydə alınmışdır. İşğaldan əvvəl kəndin əhalisi 2500 nəfər azərbaycanlıdan ibarət idi.
İsa Musayev