O, bildirir ki, şahidlərin dediyinə görə, məscidin qarşısındakı bulaq məhz 1982-ci ildə tikilib. Həmin il Ulu Öndər Heydər Əliyev Xankəndinə tədbirə gedəndə Ağdamda dayanacaqmış. Bu bulaq və daha bir neçə tikili məhz respublila rəhbərinin səfəri münasibətilə ərsəyə gətirililib. Heydər Əliyevin rayona gələcəyi vaxta qədər bulağın inşasının başa çatdırılması üçün onun üzərində fasiləsiz iş gedirmiş. Rəhmətlik Heydər Əliyevin Ağdamda ayaq saxladığı, tanış olduğu məkanlardan biri məhz məcsidin qarşısı olub, bulağı da bəyənib və milli dəyərlərə, mədəniyyətə qiymət verilməsini təqdir edib.
Səadət xanım statusunda bildirir ki, bu bulağın fotosuna baxıb onu olduğu kimi yenidən inşa etmək olar.
Hazırladı: Mina RƏŞİD