03.05.2025, 00:18
AZ EN
26.04.2023, 10:12 329

Ağdam rayonunun tarixi abidələri, Bənövşələrtəpə yaşayış yeri

QARABAĞ

Ağdam rayonunun Bənövşələr qəsəbəsi ərazisində, Xındırıstan-Baş Qərvənd yolunun sağında yerləşən Bənövşələrtəpə qədim yaşayış yerlərindən biridir. Təpənin dağıdılmış mərkəzi hissəsinin kəsiyində çiy kərpicdən hörülmüş və iki tərəfi də suvanmış müxtəlif ölçülü divar qalıqları aydın görünür. Kərpiclərin ölçüləri müvafiq olaraq 37x19x15, 44x16x11, 42x17x19 sm-dir. Buradan torpaq götürülərkən dağıdılmış neolit dövrünə aid iri təsərrüfat küpünün qalıqları da aşkar olunub. Küpün alt hissəsinin hündürlüyü 82 sm, maksimal diametri 70 sm, oturacağının diametri 21 sm-dir. Buradan toplanmış saxsı kolleksiyası neolit dövrünə aiddir.

İsa Musayev

Oxşar xəbərlər