Bax həmin haylar indi yeni haylıq, vaylıq edirlər. Deyirlər ki, Rusiyanın prezidenti Putin Azərbaycana məxsus sərnişin təyyarəsinin Çeçenistan ərazisində vurulmasına görə üzr istəyib və kompensasiya da ödəyəcək. Bu belədir. Amma hayların mətbuatından görünür ki, vay-şivən qoparmağa öyrəncəli olan haylar Putinə söyürlər ki, niyə üzr istəyib. Sonra da tez keçiblər köhnə vay palanlarını sökməyə və bişmiş toyuğun da gülmək tutduğu bir səbəb tapıblar. Mollalar demiş bu da ondan ibarətdir ki, haylar şələlərini bellərinə yükləyib Qarabağdan həyasızstana köçəndə Putin yerindən tərpənməyib, deyib ki, özləri bilər. Haylar indi vay-şivən edirlər ki, bəs deməzsənmi Putin gərək Qarabağdan itli-pişikli köçən haylardan üzr istəyə ki, "prostite, çıqani, gərək çıxmağınıza mane olaydıv. Paruyr Sağatelyan adlı bir telsiz, saçsız haysa deyir ki, Putin kompensasiyanın Azərbaycana deyil, Qarabağdan köçən haylara ödənilməsinə "prikaz" verməlidir. Bax, bizim yanıqpəyəlilər ona görə deyirlər ki, dəlinin başında palıd ağacı olmur.
Belə olur ki, bizim Tahirə xanım hayların təpəsinə kül tökür, da, bə.
Nəsib