04.08.2025, 15:41
AZ EN
03.03.2025, 17:07 197

Mane mani istəyir

YAZILAR
  • Hayların "Hraparak" dedikləri media şirkətlər qrupunun da elə hay xisləti var. Orda işləyənlər adam olsa idilər, adam kimi başa düşərdilər ki, cinayətkarı həbs etmək haylarda olmasa da hamıda olub.

Bax bu Ruben Vartanyan deyilən yekəpər dığa bir vaxtlar puluna güvənib yekə-yekə iş görüb hayların gözündə lap yekə görünmək istəyirdi, ona görə də Qarabağa gəlib separatçıların lap yekələrindən biri oldu. Yenə başladı yekəxanalığa, elə danışdı ku, elə bil hayların ruslar yaratdığı oyuncaq, amma adına dövlət deyilən Hayastanın başçısı Nikol yox, bu özüdür. Axırda qollarını burub Bakıya gətirdilər ki, bizdə çay plantasiyaları lap çoxdu, nə qədər istəyirsən iç, içir də. İndi isə məhkəməsi gedir, qulaqlarını şəkləyib hakim deyəni eşidir, sonra da başlayır gəvəzələməyə. Onun qırmızı xaçlı havadarları isə haylara rusca deyir ki, bəs, deməzsənmi Rubo heç zad yemir, əriyir, özü də rəfiqəsi Manedən ötrü lap ölür. Elə xəbər çatıb Mane Tandilyana həmin qadın tez Rubikdən vaxtilə aldığı pulla gedib bir çadır alıb, düz hayların 1989-cu ildən bəri "Azadlıq" dediyi Lenin meydanında quraşdırıb. İçəri də heç kəsi buraxmır ki, bəs aclıq etmişəm, gərək Rubiki buraxsınlar gəlib məni yedirtsin.

Hayların Srpazan ləqəbli yolazan keşişi bu gün gedib Maneənin yanına ki, sən Vazgenin, Zorinin xətrinə aclığı burax, qadın vidindən çıxanda səni kim bəyənəcək. Saatlarla sirk binasının önündə dayanan da səni aparan olmayacaq. Mane də ABBA qrupunun "mani, mani", yəni pul, pul mahnısını oxuya-oxuya keşişin qulağına nəsə pıçıldayıb və keşiş ordan gülə-gülə çıxıb.

Jurnalist soruşanda isə deyib ki, ona bənd olmayın, yeməyi içməyi yerindədi, məqsədi də Rubenin qohumlarından çoxlu mani almaqdır.

Nəsib

Oxşar xəbərlər