O, deyib ki, Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına, sərhədlərin açılmasına Tam hazırdır. "Biz artıq Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkələrin, Ermənistanın və Türkiyənin diplomatik pasportlara malik vətəndaşlarının gediş-gəlişi üçün konkret razılaşmalar əldə etmişik. Zənnimcə, bu razılaşmaları həyata keçirmək vaxtıdır"- deyə o, vurğulayıb.
Agentlik onu da xatırladıb ki, Ararat Mirzoyanla Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 25-də telefonda ikitərəfli, həmçinin regional məsələləri müzakirə ediblər. Bu ilin martında isə hər iki nazir diplomatların Antalyada keçirilən toplantısında görüşüb bir sıra mühüm məsələlər barədə fikir mübadiləsi aparıblar.
Nəsib Qaramanlı