16.12.2025, 17:45
AZ EN
16.12.2025, 14:44 116

Azərbaycan-Türkiyə müdafiə əməkdaşlığı yeni mərhələyə keçid edir

YAZILAR
  • Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunun ratifikasiyasını təsdiqləyib. Bu sənəd iki qardaş ölkə arasında hərbi-strateji əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Siyasi şərhçi Turan Rzayev bu addımı həm tarixi, həm də strateji baxımdan önəmli qərar kimi dəyərləndirib: 

“Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik deyil, hərbi sahədə də dərinləşməkdədir. Anlaşma Memorandumu iki ölkənin təhlükəsizlik maraqlarının qorunmasında birlikdə addımlayacağını göstərir. Bu, həm də bölgədə sülhün və sabitliyin qorunması üçün mühüm təminatdır.”

Qeyd edək ki, sözügedən memorandum hərbi təlimlərin təşkili, təhlükəsizlik sahəsində təcrübə mübadiləsi və koordinasiyalı fəaliyyətlərin genişləndirilməsini nəzərdə tutur. Bu isə regional və beynəlxalq təhlükəsizlik çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının daha da dərinləşməsinə şərait yaradacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər