28.06.2025, 02:26
AZ EN
06.07.2022, 16:40 414

Ermənistanda yerliçilik şiddətlənir

YAZILAR
  • «Hraparak» qəzetinin 6 iyul tarixli sayında dərc olunmuş bir yazı ölkədə həm medianın, həm də ayrı-ayrı şəxslərin böyükmarağına səbəb olub.

Əslən Qarabağdan olan ermənilərlə yerlilərin münasibətindən bəhs edən həmin yazıda göstərilir ki, 44 günlük müharibədə həlak olmuş mayor Aruşanyanın anası Lida Aruşanyan digər həlak olanların valideynləri və qohumları ilə birlikdə Ermənistan baş prokurorluğunun binası önünə gələrək Müdafiə nazirliyinin o vaxt vəzifədə olan yüksək rütbəli zabitlərin həbs olunmasını tələb edib. L.Aruşanyan ölkənin baş naziri Nikol Paşinyanın ünvanına ittihamla dolu fikirlər söylədikdən sonra Qarabağdan olan ermənilərə də öz ürək sözlərini deyib: «Ay «arsax» xalqı, ay namussuzlar, siz yaramaz adamlarsınız, qoyunlarsınız. Vətəni, torpağı atıb qaçaraq buraya gəlibsiniz, indi evdə oturub, dövlətdən pul alıb piylənirsiniz. «Arsax» bizə Allah tərəfindən hədiyyə olunmuş yerdir. Onu qoruya bilmədiniz, indi isə yekə-yekə danışaraq müharibə istəyirsiniz. Elə isə gedin özünüz vuruşun və qırılın. Ermənistandakı anaların övladları niyə sizə görə həlak olmalıdırlar?»

Onun bu sözləri müxtəlif mövqedən şərh edilir. Sosial şəbəkə istifadəçilərinin xeyli hissəsi L.Aruşanyanın fikirlərinə şərik olduqlarını vurğulayıblar. Bir neçə nəfər isə müharibədə oğlunu itirmiş bu qadını xəstə adlandırıblar.

Nəsib QARAMANLI

Oxşar xəbərlər