17.06.2025, 03:59
AZ EN
12.06.2025, 11:29 217

Ermənistan sülh prosesində heç bir vaxt səmimi olmayıb

YAZILAR
  • “Ermənistan sülh prosesində heç bir vaxt səmimi olmayıb.  Ermənistan bu bölgədə işğal və təcavüz siyasətindən heç bir vaxt əl çəkməyib. Hətta sülh müqaviləsinin şərtlərinin razılaşdırıldığını bəyan edərkən belə Paşinyan bölgədə sülh arzulamır”.

Bu sözləri ARB24-ə açıqlamasında  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili qeyd edib ki, onlar indiki məqamda sülh imitasiyası etməklə  yeni güc və qüvvə qazanmaq istəyirlər. İkincisi isə Ermənistan ümumiyətlə, təcavüzkar mahiyyətindən əl çəksə, xüsusən hücum silahlarına fokuslanmaz: “İndiki məqamda Azərbaycan üçün bunun elə bir ciddi təhdidi yoxdur. Azərbaycan  Ermənistanın istənilən ərazisindən özünəyönəli istənilən təhdidi zərərsizləşdirmək güc və imkanındadır. Biz sadəcə, birmənalı şəkildə  müharibə istəmirik.  Biz bu ölkədə yeni münaqişə xəritəsi arzulamırıq və arzulamırıq ki, bölgədə yenidən qan tökülsün”.

Deputat daha sonra əlavə edib ki, bu gün elə bir unikal sülh imkanı yaranıb ki, bu imkanı qaçırmaq  birinci növbədə elə ermənilərin özü üçün zərbədir. İkincisi, Ermənistanın sülh ideologiyası ilə bağlı ümumiyyətlə, qeyd etdiyimiz kimi, Ermənistan yalnız və yalnız imitasiya ilə məşğuldur: “Ermənistanın bu günləri sülh şərtləri ilə bağlı danışıqların yekunlaşması, müqavilənin hazır olması, Ermənistandan gələn ayrı-ayrı bəyanatlar, sərhədlərin delimitasiyası, demarkasiyası, bu, Ermənistanın nümayiş etdirdiyi xoşniyyət deyil. Bu, Azərbaycan tərəfinin, möhtərəm cənab Prezidetin Dəmir yumruqla, hərbi-siyasi yolla Ermənistanı sülhə vadar etməsinin təsirləridir. Yəni Ermənistan heç bir vaxt sülhpərvər olmayıb.  Ermənistan bundan sonra heç vaxt sülhpərvər olmayacaq.  Ermənistanın sülhə sadiqliyini qorumaq üçün  Azərbaycanın güclü olmasına ciddi ehtiyac var və biz də güclüyük”.

Tahirə AĞAMİRZƏ                  

Oxşar xəbərlər

SON XƏBƏRLƏR