Bunu politoloq Samir Hümbətov Az.TV-nin “Əsas məsələ” verilişindəki açıqlamasında bildirib. Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ərdoğanının bir açıqlaması gəldi Zəngəzur dəhlizi ilə bağlı. Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bir açıqlaması gəldi və daha sonra İrandan bir açıqlama gəldi: “Bu onu göstərir ki, deməli, Zəngəzur dəhlizinin ətrafında proseslər sürətlənməkdədir. Amma bir tərəfdən də hansısa bir qaranlıq əllər var ki, onlar prosesi ləngitməyə çalışırlar. Bunu da necə edirlər? Bu günləri təxribat yaradırlar ki, Laçın yolundakı sərhəd-buraxılış məntəqəsi dayandırılsın, ikinci bir tərəfdən başqa bir əllər gətirir orada Ermənistan-Azərbaycan şərti dövlət sərhədində Ermənistan tərəfindən missiyanın sayını artırmağa çalışırlar. Üçüncü bir tərəfdən isə bir başqa əllər gəlir Azərbaycan və Ermənistan şərti dövlət sərhədində bir konsulluq açmağa çalışlır. Başqa bir tərəf açıbdı onu. Yəni bu o deməkdir ki, burada çoxvektorlu oyunlar gedir. Bu oyunların da əsas məqsədi ondan ibarətdir ki, bu bölgəyə kim bundan sonra nəzarət etmək imkanını əldə saxlayacaq”.
Politoloq daha sonra əlavə edib ki, 10 noyabr bəyannaməsində göstərilir ki, Zəngəzur dəhlizi açılanda ora kim nəzarət edəcək, oranın təhlükəsizliyinə Rusiya sərhəd qoşunları nəzarət etməlidir: “Avropa İttifaqı çalışır ki, burda sülh yaratsın. Amma Zəngəzur dəhlizi açılmır. Rusiyanın indi marağındadır, çünki Ukrayna tərəfindən artıq Qərb bloklayıb onu. Məlum olur ki, ona görə Cənubdan işləsin, bu maraqlıdır. Amma əvvəl maraqlı deyildi. Rusiya açılmağını istəmirdi. Sadəcə olaraq, lazım olarsa ehtiyat bir gediş edirdi. Amma indi prioritet sayılır onun üçün. Bu gün əsas söhbət ondan gedir ki, Zəngəzur dəhlizinə kim nəzarət edəcək?”, - deyə Samir Hümbətov vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ