28.06.2025, 01:17
AZ EN
03.05.2023, 15:52 513

Ermənistanda siyasi məhbus varmı?

YAZILAR
  • Ermənistanın bu yaxınlarda seçilmiş baş prokuroru Anna Vartapetyan "Milli Məclisinin nizamnaməsi"nə müvafiq olaraq prokurorluğun 2022-ci il fəaliyyəti barədə hesabat verib.

O, deyib ki, bizdə nə dövlət daxili, nə də beynəlxalq səviyyələrdə siyasi məhbus mövcud deyil. Əgər kimsə siyasətlə məşğul olubsa və korrupsiyaya, digər cinayətlərə qurşanıbsa və buna görə məsuliyyətə cəlb edilərək məhbus olubsa, o heç vaxt siyasi məhbus sayıla bilməz.

O, daha sonra əlavə edib ki, məhkəməyə göndərilən ittihamnamələrin mütləq əksəriyyəti maliyyə fırıldaqları və korrupsiya ilə bağlıdır. Burada siyasi fəaliyyətlə bağlı bir hərf belə yoxdur.

Müxalifət isə ölkədə xeyli müxalifətçinin məhz saxta ittihamlarla həbs olunduğunu israrla bildirir.

Nəsib

Oxşar xəbərlər