Anadolu agentliyinin məlumatına görə, ukraynalı jurnalistlər filmin çəkilişləri üçün üç gün İstanbulda olublar. Ekran əsəri Ukraynanın ən böyük telekanallarından olan 1+1 kanalında yayımlanıb.
Filmdə “Baykar” şirkətinin rəhbəri və Türkiyə Texnoloji Komandası Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Bayraktar TB2”lərin inkişaf mərhələsindən danışıblar.
Ekran əsəri “Baykar Technologies” adlı yutub kanalında və Ukraynanın digər televiziya kanallarında da yayımlanıb. (AZƏRTAC)