05.04.2026, 20:30
AZ EN
04.04.2026, 19:30 52

Paşinyan: "Biz Ermənistanı sülhə gətirərək geosiyasi tələdən çıxardıq"

XƏBƏRLƏR
  • Qarabağ hərəkatı Ermənistan Respublikasının yaradılmasına mane olan bir rıçaq idi.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan "Vətəndaş müqaviləsi" Partiyasının 8-ci növbədənkənar konfransında bildirib.

"Biz Qarabağ hərəkatının davam etməsinə yol verməmək iradəsini nümayiş etdirdik və Ermənistanı sülhə gətirdik. O, xalqımız üçün sərfəli görünürdü, ancaq əslində geosiyasi tələ idi", - Paşinyan deyib.

Onun sözlərinə görə, Qarabağ hərəkatı yalnız Ermənistan Respublikasının yaradılmasına mane olan rıçaq olub. "Biz Ermənistanı geosiyasi tələdən çıxardıq və xalqa söz verdiyimiz kimi, Ermənistanı sülhə gətirdik", - Baş nazir vurğulayıb. (Report)

Oxşar xəbərlər