05.04.2026, 22:31
AZ EN
05.04.2026, 15:00 119

Gülşən Əliyeva: "Əhalimizə sevə-sevə xidmət edirəm"

QARABAĞ
  • Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülərək məşğulluğu təmin olunan vətəndaşlarımızdan biri də Gülşən Əliyevadır.

O, 8 yaşında tərk etməyə məcbur qaldığı doğma yurdu  Füzulidə məskunlaşdıqdan sonra Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Füzuli Ailə Sağlamlıq Mərkəzində  tibb bacısı kimi işlə təmin olunub.

O, özü barədə belə deyir:

"Füzuli işal olanda mənim 8 yaşım var idi.  Mən uşaqlığımı doya-doya yaşamadım. Dostlarımı, parta yoldaşımı xatırlayıram. Adətən onları şəhərcik də görürəm. Onlarla xatirələrimi bölüşürəm. Amma müəlləmələrimi bura gələndə görmədim.

Oktyabr ayında köç oldu, şəhərciyə yerləşdik. Sonra Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Çox şükür ki, böyüyüb boy atdığım, amma doya-doya yaşaya bilmədiyim öz doğma şəhərimdə tibb işçisi kimi fəaliyyətə başladım. Hal-hazırda baş tibb bacısı vəzifəsini icra edərək əhalimizə sevə-sevə xidmət edirəm. Burda tibb personalı olaraq bütün sahələrdə insanlara xidmət yüksək səviyyədə aparılır. Hal-hazırda səyyar məntəqədə çalışırıq. Amma yaxın gələcəkdə böyük xəstəxanamız tikilər, fəaliyyətə başlayar, biz də qürurla bu xəstəxanamızda əhalimizə daha yüksək səviyyədə tibbi xidmətimizi davam etdirərik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər