27.06.2025, 07:18
AZ EN
24.10.2022, 09:50 314

Ermənilər bu kitabı niyə yığıb yandırıblar?

XƏBƏRLƏR
  • Qədim Azərbaycan torpaqlarında 28 may 1918-ci ildə Ermənistan Respublikası yaradılandan onun ilk baş naziri olmuş Hovannes Kacaznuni 1867-ci ildə Gürcüstana aid Axıska bölgəsində doğulub. İxtisasca memar oaln Kacaznuni bir müddət Bakıda da işləyib. Burda da daşnaklarla olub.  1917-ci ildə erməni milli şurasına üzv qəbul edilib. “Daşnaksütyün” partiyasının lideri kimi şöhrət qazanıb. Boşeviklərə qarşı mübarizə aparan Kacaznuni  sovet imperiyasını qəbul etmədiyinə görə  1921-c ildə ölkəni tərk eləyib, Rumıniyanın paytaxtı Buxaresdə yaşayıb. Sonradan SSRİ-yə qayıtsa da, 1937-ci ildə repressiya olunub, bir il sonra isə həbsxanada ölüb.

O, hələ 1923-cü ildə Buxarestdə “Daşnaksütyün”ün iclasında hesabat hazırlayaraq erməni xalqının və “Daşnaksütyün”ün etdiyi səhvlərdən danışıb. Bu hesabat əvvəl erməni dilində, 1927-ci ildə isə rus dilində çap edilib. 1955-ci ildə isə kitab ingilis dilində təqdim edilib. “Daşnaksütyünluq bir şey qalmadı!” kitabı qısa zamanda yayılıb. Lakin Kacaznuninin hesabatında yazılanlar erməiləri narahat edib. Onlar kitabı hər yerdən yığaraq yandırıblar. Amma Nyu-York mərkəzi kitabxanasında kitab hələ də qalır.

2000-ci ilin əvvəllərində İstanbul Universitetinin əməkdaşı Mehmet Perincek həmin kitabı Moskovadakı Lenin kitabxanasından tapıb. Kitab 2006-cı ildə türk dilinə tərcümə edilərək nəşr olunur və cəmiyyətdə böyük əks-səda  doğurur. Bəs, görəsən, kitabda nə yazılıb? Ermənilər nəyə görə bu kitabı məhv etməyə çalışıblar və bu gün də çalışırlar. Jurnalist Vüsal Məmmədzadənin kitabdan tərcümə etdiyi bəzi maraqlı məqamları təqdim edirik:

“1914-cü ilin payızında, Türkiyənin hələ müharibəyə daxil olmadığı bir vaxtda Cənubi Qafqazda erməni kökənli dəstələri yaradılmağa başlanıldı. “Daşnaksütyün” partiyası bu dəstələrin yaradılmasına dəstək verdi. Həm də Türkiyəyə qarşı təşkil olunan hərbi əməliyyatlarda fəal iştirak etdi. Biz qeyd-şərtsiz Rusiyaya istiqamətlənmişdik. Sədaqətimizin, verilən tapşırıqları yerinə yetirməyimizin və köməkliklərimizin müqabilində  çar hökumətinin Ermənistana müstəqillik bəxş edəcəyini düşünürdük... Bunun təsiri ilə həqiqəti dərk etmədik, xəyallara qapıldıq. 1915-ci ilin yaz və payız dövründə Türkiyədəki ermənilərin köçürülməsi işi həyata keçirildi. Türklər nə etdiklərini çox gözəl bilirdilər. Bu qərar həmin vaxt üçün ən qətiyyətli və düzgün seçim idi. Həmin vaxt biz qəzəb və qorxu içində  günahkar axtarırdıq. Siyasi təcrübəmiz yox idi. Külək bizi gah bu, gah da o yana sovururdu. Buna görə də türklərin köçürmə siyasəti düzgün və lazım idi. Həqiqəti görə bilmədik, bütün yaşananların səbəbkarı bizik. Türklərin milli mübarizəsi düzgün addım idi. Sülhü qəbul etmədik və silahlandıq. Türklərə qarşı ayağa qalxdıq və döyüşdük, bu, böyük səhv idi. Mübarizəmizin əsasında müttəfiq ölkələrin bizə vəd etdiyi “Böyük Ermənistan” xəyalı dayanırdı. Amma biz heç vaxt dövlət şəklində birləşə bilmədik. “Türkiyə Ermənistanı” adlı dövlətin xəyaldan başqa bir şey olmadığını dərk edə bilmədik. Öz fəlakətlərimizin səbəblərini başqa yerdə axtarmaq acınacaqlı vəziyyətdir. Bu, bizim milli psixologiyamızın xarakteristik xüsusiyyətidir və “Daşnaksütyün” partiyası da bundan aça bilməyib. Biz elə bilirdik ki, bu müharibə “Böyük Ermənistan”  uğrundadır. Türklər müharibədə məğlub olsalar da, gənc nəsil vəziyyəti qaydasına saldı. O vaxt bizim sərhədlərimizdə hərbi əməliyyatlara başlamamışdan əvvəl sülh təklif etmişdilər. Razı olmadıq, bu, növbəti səhv idi. Türkiyədən “Dənizdən-dənizə Ermənistan” tələb edirdik. Bunun uğrunda illərlə vuruşduq, öldürdük, öldürüldük. İndən belə türklərə hansı  hansı etibardan danışa bilərik və onların bizə etibar edəcəklərinə necə inandıra bilərik. Qara dənizdən Aralıq Dənizinə, Qarabağ dağlarından ərə çöllərinə qədər dövlət yaratmaq istəyirdik. Axı, bu xəyalı necə gerçəkləşdirə bilərdik? Səmimi olsaq, biz həmişə bacarıqsız daşnaklar idik. Terrora əl atdıq, türklərə qarşı qırğınlar törətdik. Bununla böyük dövlətlərin diqqətini çəkəcəyimizi düşündük. Amma onlar bizim istəyimizi yerinə yetirmədilər. “Türkiyə Ermənistan xəyalımız Lozannada dəfn edildi. “Daşnaksütyün” artıü məlubiyyətlə barışıb və bütün nüfuzunu itirib. Partiya ləğv edilməlidir, ola bilər gələcəkdə türklər gələr və yenə bizə sülh təklif edər. Belə hal yaşansa, başqa psixologiyaya sahib insanlar onlarla danışıqlara getməlidir. “Daşnaksütyün” bu işə kömək edə bilməz, əksinə, yenə vəziyyəti gərginləşdirər”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər