Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Hökumətin iclasında bildirib.
“Ermənistanın dövlətçiliyi, təhlükəsizliyi və sabitliyi əleyhinə yönələn cinayətin üstü açılıb. Təbii ki, bu planın reallaşmasının qarşısı alınıb. Mən hüquq-mühafizə strukturlarının bütün əməkdaşlarını təbrik edirəm” – deyə, o qeyd edib.
Bununla yanaşı, Ermənistanın baş naziri bu məsələni səhər saatlarında Prezident Vaaqn Xaçaturyanla müzakirə etdiyini açıqlayıb.
Baş nazir Nikol Paşinyan bildirib ki, vəziyyətdən asılı olaraq irihəcmli materiallar dərc olunub və onun buna heç bir əlavəsi yoxdur.
Nikol Paşinyan, eyni zamanda, istintaqın effektiv aparılacağına və ictimaiyyətin onun nəticələri barədə məlumatlandırılacağına əmin olduğunu deyib.
Ermənistanın baş naziri Paşinyan diqqətini ölkəsində baş verənlərlə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrin cəlb etdiyini söyləyib:
“İstifadəçilərin bir qismi Ermənistanda yeni 27 oktyabr hadisəsinin baş verməsinin qarşısının alındığını deyib, digər hissəsi isə 1999-cu ilin həmin tarixindəki hadisələrə əngəl olmanın mümkünlüyü barədə müzakirələr açıb. Ümid edirəm ki, hüquq-mühafizə orqanları bu sualı cavablandıracaqlar”. (APA)