Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN sözçüsü vəziyyətin gərginləşdiyi bir vaxtda rusiyalılarım İran və İsraili tərk etməsinə şərait yaradan ölkələrə, o cümlədən Azərbaycana bir daha təşəkkür edib.
Qeyd edək ki, İsrailin İrana raket hücumları başlayandan bu ölkədə olan Rusiya vətəndaşlarının əksəriyyəti Azərbaycanın İranla sərhəddəki “Astara” sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub. (APA)