26.06.2025, 21:18
AZ EN
26.06.2025, 13:56 113

Mirzoyanın müavini: Ermənistan və Azərbaycan arasında normallaşma müzakirələri davam edir

XƏBƏRLƏR
  • Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə müzakirələr davam etdirilir.

Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan keçirdiyi brifinqdə danışıb.

"Mən düşünmürəm ki, proses dalana dirənib. Bunun üçün gərək tərəflər arasında hər hansı müzakirə aparılmasın. Müzakirələr isə davam etdirilir”, - Vaan Kostanyan deyib.

O eyni zamanda ümid etdiyini bildirib ki, tərəflər arasında yaxın vaxtlarda sülh müqaviləsini müzakirə etmək üçün yenidən görüş keçiriləcək. (APA)

Oxşar xəbərlər