26.09.2025, 02:32
AZ EN
23.09.2025, 14:50 216

Milli Azərbaycan Tarixi Muzeyində “Geyim irsimiz Mirzə Qədim İrəvani fırçasından” adlı sərgi açılıb

XƏBƏRLƏR
  • Sərgidə muzeyin Etnoqrafiya fondunda qorunan Qərbi Azərbaycan bölgəsinə aid orijinal geyim nümunələri, həmçinin M.Q.İrəvaninin əsərlərindəki obrazlar əsasında “Alaca” Milli Geyim Evinin sənətkarları tərəfindən reinterpretasiya edilmiş geyim nümunələri təqdim olunub.

Tədbirdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin “Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 14 fevral tarixli Sərəncamını xatırladıb. O qeyd edib ki, Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış Mirzə Qədim İrəvani həm də XIX əsr geyim mədəniyyətimizin öyrənilməsi üçün zəngin irs qoyub.

Muzeyin etnoqrafiya fondunun müdiri tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova Qərbi Azərbaycan bölgəsinə aid orijinal geyim nümunələrindən bəhs edib.

Milli Azərbaycan Tarixi Muzeyi və “Alaca” Milli Geyim Evinin təşkilatçılığı ilə keçirən sərgi sentyabrın 28-dək davam edəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər