17.04.2026, 13:46
AZ EN
15.04.2026, 16:25 208

Zəngilan sakinlərinin müraciətləri yerində dinlənib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu keçirilib.

Abşeron rayonu, Saray qəsəbəsində keçirilən qəbulda rayon rəhbərliyi ilə yanaşı, müvafiq idarə və təşkilatların nümayəndələri, inzibati ərazi dairəsi üzrə nümayəndələr də iştirak ediblər.

İcra başçısı çıxışında ölkə rəhbərliyinin tapşırıqları ilə həyata keçirilən islahatlar və xüsusilə işğaldan azad edilmiş Zəngilan rayonunda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə sakinləri məlumatlandırıb.

Görüş zamanı vətəndaşların sosial müdafiə, məşğulluq və mənzil-məişət şəraiti ilə bağlı müraciətləri fərdi qaydada dinlənilib. Bir çox müraciət yerindəcə araşdırılaraq müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən məsələlər qeydiyyata alınıb və icrası üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib.

Oxşar xəbərlər