Laçın-Xankəndi yolu: Aksiyada bayram ab-havası yaşanır
XƏBƏRLƏR
Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil edilən aksiya on dördüncü günündə bayram ab-havası ilə davam edir.
Bu dəqiqlərdə ərazidə nəğmə dolu anlar yaşanır. Səsgücləndiricilər vasitəsilə bir-birindən maraqlı ritmik nəğmələr ərazidə xoş ovqat yaradıb. Aksiya fəalları yallı gedir və rəqs edərək ənənəvi şüarlarını səsləndirirlər. (AZƏRTAC)