27.06.2025, 21:28
AZ EN
27.06.2025, 14:29 118

Ermənistanda din xadimləri ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb

XƏBƏRLƏR
  • Ermənistanın Şirak bölgəsində gərginlik daha da artıb. Artıq hüquq-mühafizə orqanları əməkdaşları ilə din xadimləri arasında qarşıdurma yaranıb. Eçmiədzində insanlar girişi bağlayıblar.

Kafedralın həyətində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə din xadimləri arasında əlbəyaxa dava yaşanıb. Bütün ermənilərin katolikosu II Qaragen də hadisə yerinə gəlib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTN) xüsusi təyinatlıları II Qaragenin müşayiəti ilə arxiyepiskop Mikayel Ajapaxyanı kafedraldan çıxarıblar.

Etirazçılar Mikayel Ajapaxyanın aparılmasına mane olmağa çalışırlar. Arxiyepiskop onu aparmaq üçün gələn avtomobilə yaxınlaşarkən, əraziyə toplaşanlar buna imkan verməyiblər və o, katolikosla birlikdə kafedrala qayıdıb.

Hazırda vəziyyət gərgin olaraq qalır və hüquq-mühafizə orqanları əməkdaşları etirazçıları dağılışmağa dəvət edirlər. Lakin vəziyyət gərgin olaraq qalır.

Hadisə yerinə polis qüvvələri və “qırmızı beretlilər” gəliblər. (AZƏRTAC)

Oxşar xəbərlər