28.04.2026, 17:06
AZ EN
28.04.2026, 10:51 207

Zaur Əliyev: "İşğaldan azad edilmiş ərazilərdə təxminən 13 min əmək müqaviləsi bağlanıb"

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri yüksək sürətlə davam etməkdədir. Bu ərazilərimizdə aparılan genişmiqyaslı bərpa işləri fonunda işçilərin sağlam və təhlükəsiz əməyinin təmin olunması xüsusi diqqət mərkəzindədir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminin ƏMAS ilə inteqrasiyası nəticəsində proaktiv nəzarət tədbirləri həyata keçirilir. Tədbirlər nəticəsində təxminən 13 min əmək müqaviləsinin bağlanılmasına nail olunub.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarəolunması: Müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.

O, həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ANAMA və digər sosial tərəfdaşlarımızla birgə geniş maarifləndirmə tədbirləri təşkil edilir: "2023-cü ildən Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyətə başlayan Əməyin Mühafizəsi Mərkəzi əməyin mühafizəsi sahəsində institusional potensialın gücləndirilməsində mühüm rol oynayır. Mərkəz iş yerlərinin attestasiyasının həyata keçirilməsi, maarifləndirici tədbirlərin təşkili və əməyin təhlükəsizliyi ilə bağlı praktiki mexanizmlərin tətbiqi sahəsində vacib funksiyalar icra edir. Eyni zamanda, mərkəz işəgötürənlərlə müqavilə əsasında əməkdaşlıq edərək onlara peşəkar xidmətlər təqdim edir. Son illərdə əməyin təhlükəsizliyi sahəsində çoxsaylı yeni dövlət standartları qəbul olunub. Hazırlanan standartlar beynəlxalq yanaşmalara uyğunlaşdırılmaqla təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasına xidmət edir. Hazırda bu standartların ümumi sayı 167-yə çatdırılıb". (AZƏRTAC)

Oxşar xəbərlər