28.06.2025, 01:14
AZ EN
12.06.2023, 22:56 311

Qəhrəmanlıq alın yazısıdır

XƏBƏRLƏR

Çoxlarının taleyinə Vətənə əsl oğul olmaq qisməti yazılmışdır. Belə oğullardan biri də Rövşən Abdulla oğlu Abdullayevdir. O, 27 mart 1995-ci ildə Şabran rayonunun Xəlfəli kəndində anadan olmuşdur. Elə öz doğma kəndlərində ümumi orta məktəbi bitirmişdir. Həqiqi hərbi xidmətə çağırılmış Rövşən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Tərxis olunduqdan sonra müxtəlif sahələrdə işləmişdir.  Vətən müharibəsi başlayanda könüllü olaraq XTQ-nin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşmüşdür. 4 noyabr 2020-ci ildə Xocavənd ərazisində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Rövşən Abdulla "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən muharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Qazimiz III dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər