18.04.2026, 23:04
AZ EN
18.04.2026, 11:40 107

Laçınlı məcburi köçkünlərin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri, Nərimanov rayonu ərazisində müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilib. 

29 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüşdə Rayon rəhbəri işğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri, şəhid ailələri və köçkünlərə göstərilən dövlət qayğısı, son illər yüzlərlə laçınlı ailənin yeni mənzillərlə təmin olunduğu barədə məlumat verib.

Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər