Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında bildirilib.
“Bu vəhşilik azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən sistemli zorakılıq, etnik təmizləmə və təcavüz siyasətinin bir hissəsi idi.
Bu cür bəşəriyyətə qarşı ağır cinayətlər heç vaxt unudulmamalıdır.
Başlıbel qətliamının qurbanlarının xatirəsini ehtiramla yad edirik”, - qeyd olunub. (APA)