11.04.2026, 22:20
AZ EN
10.04.2026, 18:48 6

Polkovnik: "“Xocavənd əməliyyatı”nın iştirakçıları son mərmilərinə qədər vuruşdular"

XƏBƏRLƏR
  • 1997-ci ilin aprelində xüsusi təyinatlı kəşfiyyat qrupu tapşırıqla Xocavənd rayonuna - düşmənin arxa tərəfinə göndərildi. Onlar tapşırığı yerinə yetirəndən sonra ermənilərin mühasirəsinə düşdülər. Son mərmilərinə qədər vuruşandan sonra əsir düşməmək üçün özlərini partlatdılar.

Bunu jurnalistlərə açıqlamasında “N” saylı xüsusi təyinatlı hərbi hissənin komandiri olmuş, ehtiyatda olan polkovnik Xətai Baxışov deyib.

Polkovnikin sözlərinə görə, “Xocavənd əməliyyatı”nın iştirakçılarının həmin cəsarətli addımı təkcə bizim hərb tariximizdə deyil, dünya hərb tarixində analoqu olmayan bir hadisədir.

“Mən əsgər və zabitlərimlə fəxr edirəm”, - deyə o fikirlərini yekunlaşdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR