11.04.2026, 22:20
AZ EN
11.04.2026, 08:00 123

Qərbi Azərbaycan Xronikası: "Sultan Səlimin qoşunları Kiçik Vedidə düşərgə salıb"

QƏRBİ AZƏRBAYCAN
  • "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Bizi öz ərazimizdən Türkiyə tərəfə baxmağa qoymurdular" adlı veriliş Vedibasar mahalı, Vedi (Ararat) rayonu, Kiçik Vedi kənd sakini Yaqub Rzayevin həyat hekayəsinə həsr olunub.

O, 1952-ci ildə kolxozçu ailəsində doğulduğunu, ailədə 10 uşaq olduqlarını deyib: "Kəndin yaxınlığında Alban kilsəsi var idi, bizə onu daim Qriqoryan kilisəsi kimi qələmə veriblər. Dağın ətəyində hərbi zastava var idi. Uşaq vaxtı bizi o ərazidən Türkiyə tərəfə baxmağa qoymurdular. Kənddə 1921-ci ilə qədər ancaq azərbaycanlılar yaşayıb. Həmin ildən kəndə ermənilər yerləşdirilib. Kəndimizin tarixi qədimdir. Hələ 1514-cü ildə Sultan Səlimin qoşunları Kiçik Vedi ərazisində düşərgə salıb. Kiçik Vedi adı İravanın müfəssəl və icmal dəftərində də yazılıb və burada toponimlərin hamısı türk mənşəli olub".

Onun sözlərinə görə, 1901-ci ildə doğulan atası 1918-ci ildə erməni-müsəlman davasını yaxşı xatırlayırdı: "Erməni qırğınları başlayanda atamın 17 yaşı olub. O deyirdi ki, daşnaklar Azərbaycan evlərini yandırır, dağıdırdılar, insanları öldürürdülər. Ona görə məcburiyyət qarşısında qalıb biz Arazın o tayına keçdik. 1922-ci ildə geri qayıdanda görürlər ki, kəndə 193 erməni yerləşdirilib". (Report)

Daha ətraflı videoda: https://www.youtube.com/watch?v=RbfG6TRSAgQ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR