06.04.2026, 20:24
AZ EN
06.04.2026, 16:12 190

Qələbəsini şəhidlərimizə həsr edən İlham...

XƏBƏRLƏR
  • İlham Çıraqov 2012-ci ildə Bakıda doğulub. Əslən laçınlıdır. Hazırda Masazırda yerləşən Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin 8-ci sinfində oxuyur. İlham 7 yaşından idmana maraq göstərib və Muay-tay idman növündə məşqlərə başlayıb. Gənc idmançının idmanla bərabər başqa arzuları da var. O, 2-ci qrup üzrə “Maliyyə” ixtisasında təhsil almaq istəyir.

İlham deyir ki, idman sahəsində ailə üzvlərimin dəstəyini hər an hiss edirəm. Atam Elgün Çıraqov peşəkar idmançı və beynəlxalq dərəcəli hakimdir. O, mənim də məşqçimdir. Yəqin ki, idmana həvəsim elə atamdan keçib.
2019-cu ildən məşqlərə başlayan İlham muay-tay idman növü üzrə Azərbaycan çempionu, 2 dəfə Bakı şəhər çempionu, eləcə də uşu-sanda idman növü üzrə 2 dəfə Azərbaycan, 2 dəfə Bakı çempionu olub. 
Uğurları ard-arda yaşayan məktəbli 2025 -ci ildə kunq-fu idman növü üzrə Azərbaycan çempionu tituluna da sahibdir. 
İlham Çıraqov bu günə qədər 40 döyüş keçirib. Müxtəlif turnir və beynəlxalq səviyyəli yarışların qalibi, həmçinin mükafatçısı olub.
Laçın məktəblisi son dəfə 30-a yaxın ölkə idmançısının qatıldığı yarışda cəmi 40 saniyəlik döyüşlə yarımfinala yüksəlib. 

25-29 mart tarixlərində Türkiyənin Antalya şəhərində muay-tay idman növündə açıq beynəlxalq kubok üzrə yarışda, Avropa Muay-tay Federasiyasının təşkilatçısı olduğu turnirdə ikincilik əldə edib.

Avropa ikincisi olan İlham deyir ki, əsas məqsədi vətəninə, dövlətinə, xalqına xidmət etmək, bayrağımızı başqa ölkələrdə qürurla dalğalandırmaqdır: “Yarışa getməmişdən əvvəl demişdim ki, mən qələbəylə geri dönəcək və bu döyüşümü şəhidlərimizə həsr edəcəyəm, sözümdə durdum. Döyüşdən qalib çıxanda bir çox ölkələrin arasında komandamızın "Azərbaycan, Azərbaycan", - deyə sədalarının yüksəlməsi, bayrağımızın başımın üstündə dalğanlaması, təltif edilmək - bir idmançı üçün gözəl hissdir. İnanıram ki, bundan sonra nailiyyətlərim daha da artacaq”.

Mina RƏŞİD

Oxşar xəbərlər