Gecənin əsas iştirakçıları təşkilatın nəzdində fəaliyyət göstərən yaradıcılıq klubunun yetirmələri olub.
Gənc iştirakçılar Novruzun adət və ənənələrini əks etdirən teatr səhnəcikləri təqdim edib, həmçinin Azərbaycan milli rəqslərini ifa ediblər. Bu çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub. (AZERTAC)