Bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Kəngərli kəndinə köçən keçmiş məcburi köçkün Vüsalə Abbasova söyləyib.
O, torpaqlarımızın azadlığını görmək və oraya qayıtmaq sevincini bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.
Qayıtmağın onun üçün sevincli, həyəcanlı, eyni zamanda, qürurverici olduğunu deyən V.Abbasova Kəngərli kəndində ilk gedəcəyi yerin şəhidlərin və doğmalarının məzarı olacağını vurğulayıb. (AZƏRTAC)