Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.
PA rəsmisi qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə Prezidentin diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla məhsuldar görüş keçirib:
"Biz ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi apardıq". (Report)