Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məlumat paylaşılıb.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, C. Bayramov Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir. Səfər çərçivəsində nazirin bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. (Report)