Deputata ünvanlanan müraciətlər daha çox əlillik dərəcəsinin alınması, məşğulluq, iş yerini dəyişmək, mənzil təminatı, səhiyyə xidməti, sosial təminat və digər mövzularla bağlı olub.
Qeyd edək ki, bu yaşayış məntəqəsində məskunlaşan keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdırlar. Görüşdə iştirak edənlər də səbirsizliklə öz doğma torpaqlarına qayıdacaqlarını gözləyirlər.
V.Bayramov məhsuldar fəaliyyəti ilə bu bölgədə peşə təhsilinin yenidən canlanmasına nail olan Kürdəmir Peşə Liseyinin direktoru Nurlan Abdullayev və eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyi nə keçmiş məcburi koçkünlərin peşə təhsilinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və əlavə edib: "Sevindirici haldır, peşə təhsili alan keçmiş məcburi koçkünlərin iş ilə təminatında ciddi uğurlar əldə edilib. Bu isə sözügedən bölgəmizdə məşğulluğun təminatına xüsusi töhvədir".
Tahirə AĞAMİRZƏ