11.03.2026, 19:01
AZ EN
11.03.2026, 17:30 10

İqtisadiyyat nazirinin müavini Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

XƏBƏRLƏR
  • Martın 13-də iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xankəndidə vətəndaşlarla görüşəcək.

Nazirlikdən bildirilib ki, görüş saat 12:00-dan etibarən Xankəndi şəhəri, Üzeyir Hacıbəyli küçəsi 2 ünvanında, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında keçiriləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər. (AZƏRTAC)

Oxşar xəbərlər