Elm və Təhsil Nazirliyindən bildirilib ki, görüşdə Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak ediblər. Vətəndaşlar iş yerinin dəyişdirilməsi, işə qəbul, sertifikatlaşdırma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. (AZƏRTAC)