Tədbirdə Şuşa Azərbaycan Evinin sədri Elşən Qənbərov, Kayseri valiliyinin baş müfəttişi Cüneyt Orhan Toprak, Talas rayon administrasiyasının rəhbəri İlyas Memiş, Talas Təhsil İdarəsinin müdiri Osman Malkoçoğlu, lisey rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.
Çıxış edənlər Qarabağ Zəfərinin Türk dünyası üçün tarixi əhəmiyyətindən danışaraq, şəhidlərə rəhmət, qazilərə minnətdarlıq ediblər.
Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığı vurğulanıb, milli kimlik şüurunun möhkəmləndirilməsi, tarixi irsə bağlılıq ifadə olunub.
Tədbir müəllim və şagirdlərin birgə səyləri ilə hazırlanan şeir və musiqi proqramı ilə yekunlaşıb. (AZƏRTAC)