Bu barədə açıqlaması zamanı Laçın rayonundan olan sahibkar Qələndər Əmrəliyev deyib.
İntensiv bağçılıqla - əsasən üzüm bağlarının salınması ilə məşğul olmaq istədiyini deyən sahibkar bildirib ki, məqsədi yeni iş yerlərinin açılması, yerli əhalinin işlə təmin edilməsinə dəstək olmaqdır.
“Əvvəllər fermer kimi heyvandarlıq və bağçılıq sahəsində çalışmışam. Hazırda bağçılıqla məşğul olmaq üçün lazımi maliyyə vəsaitim var. Digər tərəfdən bu sahənin inkişaf etdirilməsi üçün dövlət dəstəyi də olacaq”, - deyə sahibkar əlavə edib. (AZƏRTAC)