15.12.2025, 02:56
AZ EN
26.11.2025, 09:52 276

Ağdamın istedadlı gəncləri: Anar Əhmədovun uğur yolu

XƏBƏRLƏR
  • Vətəninə və sənətinə bağlı, daim inkişaf edən istedadlı gənclər Azərbaycanın mədəni həyatında mühüm rol oynayır. Qarabağın incisi olan Ağdam rayonu da bu baxımdan istedadlı gəncləri ilə seçilir. Onlardan biri də gənc aktyor, teatr xadimi Anar Əhmədovdur.

Anar Orxan oğlu Əhmədov 12 noyabr 2002-ci ildə anadan olub. Əslən Ağdamlı olan Əhməd 2021-ci ildən Ağdam Dövlət Dram Teatrında dram artisti kimi fəaliyyət göstərir. Sənətə böyük həvəs və peşəkarlıqla yanaşan gənc aktyor qısa müddət ərzində bir çox uğurlara imza atıb.

O, Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilən bədii qiraət müsabiqələrində diplomlarla təltif olunub, müxtəlif layihələrdə fəxri fərman və sertifikatlarla qiymətləndirilib. 2025-ci ildə isə teatr sənəti sahəsindəki uğurlu fəaliyyətinə görə ATXİ tərəfindən "Ümid" mükafatı ilə təltif olunub.

Anar Əhmədov həm də müxtəlif poeziya müsabiqələrinin qalibi, mədəni-kütləvi tədbirlərin fəal iştirakçısı kimi tanınır. Onun yaradıcılığı haqqında yerli mətbuatda və ölkənin bir sıra saytlarında məqalələr dərc olunub. Reklam, serial və filmlərdə də çıxış edən gənc aktyor “İncəsənət işığı – teatr sənəti” və “Özünü inkişaf” adlı layihələrin rəhbəridir.

Anar Əhmədov kimi gənclər işğaldan azad edilmiş bölgələrin yenidən qurulan mədəni həyatına ruh verir, Ağdamın sənət salnaməsində yeni səhifələr açırlar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər