Bu sözləri açıqlamasında Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə köçən keçmiş məcburi köçkün Əli Mirzəyev söyləyib.
O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanaraq torpaqlarımızı azad etdik.
Keçmiş məcburi köçkün işğaldan azad edilmiş ərazilərdə işlədiyini vurğulayıb.
"Məcburi köçkün düşəndə 8 yaşım var idi. O vaxt ata-anamla birlikdə doğma yurdumuzdan çıxmışdım. Bu gün isə ailəmlə – yoldaşımla və uşaqlarımla birlikdə doğma torpaqlarımıza qayıdıram",- deyə Ə. Mirzəyev əlavə edib. (AZƏRTAC)