Konsert dirijor və Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçiriləcək.
Proqramda Azərbaycan bəstəkarlarının bahar təravətli əsərləri, vətənpərvərlik və sevgi ruhlu mahnılar səsləndiriləcək.
Musiqili gecənin proqramına həm klassik bəstəkar irsindən nümunələr, həm də xalq mahnılarının işləmələri daxil edilib. Konsertin əsas məqsədi milli bayramımız olan Novruzun gəlişini musiqinin dili ilə tərənnüm etmək və dinləyicilərə bayram əhvali-ruhiyyəsi bəxş etməkdir.
Biletləri şəhərin kassalarından əldə etmək olar. (AZƏRTAC)