11.03.2026, 10:58
AZ EN
11.03.2026, 08:31 54

Regionda artan gərginlik fonunda Azərbaycan balanslı və humanist siyasət yürüdür

YAZILAR
  • Yaxın Şərqdə və regionda baş verən son hadisələr beynəlxalq münasibətlərdə sabitliyin nə qədər həssas olduğunu bir daha nümayiş etdirir. İran ilə İsrail arasında artan gərginlik, təhlükəsizlik risklərinin yüksəlməsi və müxtəlif istiqamətlərdə baş verən dron insidentləri regional gündəmin əsas mövzularına çevrilib. Bu proseslər fonunda Azərbaycanın mövqeyi, Türkiyə ilə qardaşlıq münasibətləri və humanitar yanaşması xüsusi diqqət çəkir.

"Son dövrlərdə regionumuzda baş verən hadisələr bir daha göstərir ki, dünya siyasətində sabitlik çox həssas məsələdir. İran ilə İsrail arasında artan gərginlik, bölgədə təhlükəsizlik risklərinin yüksəlməsi və müxtəlif istiqamətlərdə baş verən dron insidentləri hamını narahat edən məsələlərə çevrilib".

Bunu deputat Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, Türkiyə istiqamətində və Azərbaycanın Naxçıvan bölgəsi ilə bağlı yayılan xəbərlər də regionda diqqətin və ehtiyatlı diplomatiyanın nə qədər vacib olduğunu göstərir: "Azərbaycan hər zaman sülhə, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürüdüb. Bu proseslər fonunda Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri bir daha özünü göstərir. “Bir millət, iki dövlət” anlayışı sadəcə söz deyil – çətin günlərdə qarşılıqlı dəstək və həmrəyliyin real nümunəsidir. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə Azərbaycan Prezidenti Ilham Aliyev arasında baş tutan dəstək zəngləri iki ölkənin hər zaman bir-birinin yanında olduğunu bir daha nümayiş etdirdi".

C.Məmmədov onu da vurğulayıb ki, eyni zamanda Azərbaycan humanitar dəyərlərə sadiqliyini qoruyaraq siyasi gərginliklərə baxmayaraq insan amilini ön planda saxladığını göstərdi: "Prezident İlham Əliyevin İrana humanitar yardım göstərilməsi barədə qərarı ölkəmizin regionda qarşıdurmanı deyil, humanizmi və qonşuluq münasibətlərini üstün tutduğunu göstərən mühüm addım kimi qiymətləndirilir. Bu yanaşma Azərbaycanın balanslı və məsuliyyətli siyasətinin nümunəsidir. Bu siyasət eyni zamanda, ölkəmizin beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi rolunu daha da gücləndirir".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər