28.04.2026, 09:13
AZ EN
11.03.2026, 11:53 226

Hadrut qəsəbəsində FHN DYMX üçün 4 çıxışlı inzibati bina inşa olunacaq

QARABAĞ
  • Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Xocavənd rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Hadrut qəsəbəsində 4 çıxışlı inzibati binasının tikintisinə başlanılır.

Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Məlumata görə, tikinti işlərinə 3,886 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Xatırladaq ki, 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub. (Trend)

Oxşar xəbərlər